Əsas Səhifə > Cəmiyyət > Qanunsuz at kəsimi və
Qanunsuz at kəsimi və9-12-2017, 16:46 |
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Oğuz Rayon Baytarlıq İdarəsinin əməkdaşları epizootoloji sabitliyin və qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Oğuzun Xaçmaz kəndi yaxınlığındakı Seyid talası adlanan əraziyə baxış keçirib. Dövlət Baytarlıq Nəzarəti Xidmətindən verilən məlumata görə, baxış zamanı ərazidə qeyri-qanuni, antisanitar şəraitdə kəsilmiş 1 baş atın baş-ayaqları və “VAZ-2106” markalı 10-KH-076 dövlət nömrə nişanlı minik avtomobilinə yüklənmiş at cəmdəyinin olması müəyyən edilib. Lakin həmin avtomobili saxlamaq mümkün olmayıb və at kəsimi ilə məşğul olanlar avtomobili sürərək ərazidən uzaqlaşıblar. Hadisə ilə əlaqədar dərhal Oğuz Rayon Polis Şöbəsinə müraciət edilib və dekabrın 7-də İsmayıllı rayon sakinləri Ziliyev Vüqar Təşkilat oğlu və Qurbanov Gündüz Əbülfəz oğlu polis əməkdaşları tərəfindən saxlanılıblar.
Geri qayıt |