Əsas Səhifə > Cəmiyyət > Pestisidlərlə doydurulmaş,

Pestisidlərlə doydurulmaş,


11-12-2017, 08:47

banan

Məlumata görə, çağdaş dünyada ən populyar olan ərzaq məhsullarından biri, uşaqların ən çox sevdiyi bananın yetirdirilməsi zamanı inkişaf etməkdə olan ölkələrdə digər kənd təsərrüfatı məhsulları ilə müqayisədə, 10 dəfə artıq pestisid istifadə olunur.

Dünya KİV-nin məlumatına görə, FAO (BMT-nin ərzaq və kənd təsərrüfatı təşkiları – BMT/FAO) banan plantasiyalarında təhlükəsiz əmək şəraitinin təmin olunması üzrə yeni rəhbər təlimat işləyib hazırlayıb. Məqsəd – pestisidlərin zərərli təsirindən qorunmaqdan ibarətdir.

Təlimat Ekvadorun təşəbbüsü ilə hazırlanıb və banan üzrə Cenevrədə keçirilən 2-cü ümumdünya Forumuna təqdim olunub. Sənəddə digərlərilə yanaşı, təhlükəsizlik texnikası və pestisidlərdən istifadə qaydaları da yer alıb.
«İnkişaf etməkdə olan ölkələrin kənd təsərrüfatı sektorunda banan becərilməsi sahəsində minlərlə kənd sakini məşğuldur. Yeni rəhbər təlimat ilkin olaraq Ekvadorun banan plantasiyalarında çalışan insanlara istiqamətlənmiş olsa da, bütün dünyada istifadəyə adaptasiya oluna bilər» – Ərzaq və kənd təsərrüfatı təşkilatının pres-relizində qeyd olunur.

«Kasıb ölkələrin banan plantasiyalarında inkişaf etmiş ölkələrlə müqayisədə, 10 dəfə artıq pestisid istifadə olunur. Aqrokimyəvi maddələrdən həddindən aptıq istifadə olunması insan sağlamlığı üçün ciddi problemlər yarada bilər» – deyə, FAO qeyd edir.

Bu günə olan vəziyyətə banan dünyada təzə-tər halda ən çox ixrac olunan meyvələrdən biridir – həm həcminə, həm də iqtisadi göstəricilərinə görə. Satış həcminə görə, banan dənli bitkilərdən, şəkər, kofe və kakaodan sonra ən çox reallaşa bilən ərzaq məhsuludur.

Hər il dünyada 100 milyon ton banan istehlak olunur.

Bundan başqa, KİV-in məlumatına görə, FAO digər bir proqramı da işə salıb. Bu proqram banan plantasiyalarını sarmış göbələk xəstəliyi əleyhinə mübarizəni nəzərdə tutur. Qeyd edildiyi kimi, yeni göbələk banan ağaclarını illərlə davam edən xəstəliyə düçar edir və çirkli materialların (su, ayaqqabı, alətlər və nəqliyyat vasitələri) vasitəsilə yayılır.

«AqroPortal»-ın məlumatına görə, tez yetişməsi üçün yaşıl bananları etilen və azot qarışığı ilə emal edirlər. Bunun elə bir ziyanı olmadığı kimi, belə bananların insana bir faydası da yoxdur.

Məlumata görə, bu gün dünyada bananın maya dəyərinin üçdə biri onun becərilməsinə sərf edilən pestisidlərin dəyərindən ibarətdir. Dünyanın hər yerində banan plantasiyalarında işləyən insanlar, onların sağlamlığına pestisidlərin vurduğu zərərdən əzab çəkir və ölürlər. Pestisidlər – xərçəng, böyrək çatışmazlığı və sonsuzluq deməkdir…

Odur ki, banan yemək arzusunda olanlar, uşaqlarına banan yedirtmək istəyən insanlar gərək ona pul xərcləməkdən əvvəl yaxşıca fikirləşsinlər. Həm də Azərbaycan üçün banan – «yabançı» qidadır, insanlarımız banansız da keçinə bilərlər…AzPolitika.info

 
 


Geri qayıt