Əsas Səhifə > Cəmiyyət > ƏFQAN Muxtarlıya 8 il İŞ İSTƏNİLDİ
ƏFQAN Muxtarlıya 8 il İŞ İSTƏNİLDİ12-01-2018, 12:35 |
Bu gün Balakən Rayon Məhkəməsində həbsdə olan jurnalist Əfqan Muxtarlının məhkəməsi keçirilib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Hümbət Səlimovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək Ə.Muxtarlının 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə müşavirəyə çıxıb, günün ikinci yarısında hökmün elan ediləcəyi gözlənilir. İttihama görə, Ə. Muxtarlı mayın 29-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən o, xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanıb. Geri qayıt |