Əsas Səhifə > Cəmiyyət > ANTİBİOTİKDƏN UZAQ OLMAQ İSTƏYİRSİNİZSƏ,

ANTİBİOTİKDƏN UZAQ OLMAQ İSTƏYİRSİNİZSƏ,


25-05-2018, 09:36

Antibiotikdən uzaq olmaq istəyirsinizsə, gündə 1 stəkan için

Xəstəliklərə qarşı ən böyük silahımız düzgün qidalanmaqdır.

Axşam.az xarici KİV-ə istinadən sağlam olmaq istəyən insanlara mərcanı (Клюква) bitkisindən istifadə etməyi məsləhət görür. Əsasən çay halında qəbul edilən bu meyvənin faydaları nədir?
Digər adı quşüzümü olan bu giləmeyvənin şirəsindən həftədə 3 stəkan qəbul etmək damarların divarlarına yapışıb qalmış xolesterinin təmizlənməsinə kömək edir. Bu giləmeyvə hüceyrələrin yağları udma qabiliyyətini artırır və qanda zərərli xolesterinlərin toplanmasının qarşısını alır.

Bu bitkinin çayından içənlər antibiotikdən uzaq olar.

Mərcanı bakteriyalara qarşı savaşır. Ağzımızdakı bakteriyaların dişimizə yapışmasına qarşı çıxır. Diş əti narahatlıqlarını aradan qaldırır.

Xalq arasında quşüzümü tənəffüs orqanlarının müalicəsində istifadə olunur. Hələ qədim zamanlardan quşüzümü şərbəti qızdırma müalicəsində istifadə edilib.

 Tərlədici və sidikqovucu vasitə kimi istifadə edilib. Bu tədqiqatlar sübut etmişdir ki, giləmeyvə antibiotiklərin təsirini bir neçə dəfə gücləndirməyə qadirdir. Bizim vaxtımızda bu xüsusilə vacibdir.

Vərəm, genekoloji xəstəliklər zamanı bu bitkinin şərbəti tövsiyə edilir. Anemiyanın müalicəsində quşüzümü şirəsi də faydalıdır. Şəkər xəstəliyində də istifadə etmək məsləhətlidir. O, mədəaltı vəzin funksiyasını stimullaşdırır. 

Gündə bir stəkan mərcanı şirəsi içmək sümükləri möhkəmləndirir.


Geri qayıt