Əsas Səhifə > Cəmiyyət > Qırmızı KİTABA düşən
Qırmızı KİTABA düşən29-10-2018, 15:46 |
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Hacıqabul və Biləsuvar rayonlarında qanunsuz ov edənləri saxlanılıb. Nazirliyin mətbuat xidmətindən AzerTaym.az-a verilən məlumata görə, araşdırma zamanı brakonyerin Hacıqabul rayon sakini İmran Məmmədov olduğu müəyyən edilib, ondan adları “Qırmızı Kitab”a düşən ütəlgi, muymulu, qaragöz quşları və ov alətləri götürülüb. Təqsirkar şəxs inzibati qaydada 2000 manat məbləğində cərimə olunub. Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən isə Biləsuvar rayonunun Platina adlanan ərazisində icazəsiz ova cəhd edən 3 nəfər saxlanılıb. Onlardan 3 ov tüfəngi götürülüb. Geri qayıt |