Əsas Səhifə > Cəmiyyət > Alçanın İNANILMAZ 11
Alçanın İNANILMAZ 1124-05-2020, 18:17 |
Alça insan sağlamlığı üçün lazım olan olan C, A və K kimi vitaminləri özündə ehtiva edən turş meyvədir. Tədqiqatlara görə, 100 qram alça təxminən 47 kaloridir. - Laktik turşunu təsirsiz hala gətirə bilir, nəticədə yorğunluq azalır. - Qatıq, ayran, pendir kimi süd məhsulları ilə birlikdə istehlak edilərsə, kalsiumu artırır. - Yumurta, ət, balıq və hinduşka kimi protein əsaslı qidalarla istehlak edildikdə, onların turşu təsirini azaldır. Bu şəkildə metabolizmə dəstək veriləcəyi üçün çəki atma prosesinə müsbət təsir göstərir. - Tərkibində uyğun kalsium, fosfor nisbəti var. - Lif baxımından zəngin qidadır. Bu sayədə həm həzmi asanlaşdırır, həm də qəbizlik probleminin qarşısını almağa köməkçi olur. - Mütəmadi alça yemək diş ətini və sümük sağlamlığını gücləndirir. - Anemiyanın qarşısını alır. - Yüksək C vitamini tərkibi sayəsində immunitet sistemini gücləndirir. - Yaşlanmanın qarşısını alır və dərini yeniləyir. Tərkibindəki fitoflavonoidlər və vitaminlər birləşdirici toxuma yenilənməsini sürətləndirir. Bu şəkildə daha möhkəm bədən üçün dəstək funksiyasını yerinə yetirir. - Qan şəkərinin tənzimlənməsinə kömək edir. Geri qayıt |