Əsas Səhifə > Cəmiyyət > Tanınmış həkimdən SOS: “Çoxlu maye

Tanınmış həkimdən SOS: “Çoxlu maye


19-06-2020, 16:06

Tanınmış həkimdən SOS SİQNALI: “Çoxlu maye qəbul edin”

COVİD-19 xəstələri 2 böyük qrupa bölünür. 1-ci qrup xəstəxanalıqdır və süni tənəffüs lazımdır. Onların sayı maksimum 5%-dir”.

Publika.az xəbər verir ki, bu sözləri tanınmış həkim, anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. O, bildirib ki, vəziyyəti yüngül olan xəstələr sosial izolyasiya qaydalarına riayət etməklə ev şəraitində müalicə almalıdır:

“Qalanları evdə müalicə oluna biləcək. Adi soyuqdəymə kimi müalicə edilməlidir. Antivirus dərmanları məsləhət görmürəm. Arbidol, kaletra, hidroksixloroxin və s barədə suallar verilir. Heç birinin effekti sübuta yetirilməyib, apteklərə cumub onları almağa ehtiyac yoxdur. Həm də əlavə təsirləri çoxdur. Onları unudun. Heç xəstəxanadakılara da istifadəni məsləhət görmürəm. Bakterial komponent varsa, antibiotik.

Çoxlu maye qəbul edin. Bol kalorili, vitaminli yeməklər. Banan, bal, doşab, meyvəyə üstünlük verin. Kofeinli içkilər (qatı çay, kofe, cola və digər enerji içkiləri ) məsləhət deyil.

Fiziki aktivlik, gimnastika barədə unutmayın.

Dərmanlardan kodein tərkibli öskürək əleyhinə pereparatlar, asetilsistein tərkibli bəlğəmgətiricilər, əks göstəriş yoxdursa, salbutamol kimi bronxdilatatorlar tövsiyə edilir. Sistem qoşmağa, kokarboksilazaya, kalsi qlukonata ehtiyac yoxdur”.

Tanınmış həkimdən SOS: “Çoxlu maye qəbul edin”


Geri qayıt