Əsas Səhifə > Cəmiyyət > Bu qida QOCALMANIN sürətini AZALDIR

Bu qida QOCALMANIN sürətini AZALDIR


26-07-2020, 17:09

Bu qida qocalma sürətini azaldır - FOTO

Rusiyanın Sibir Federal Universitetinin alimləri bildirib ki, qarabaşaq pəhrizi orqanizmə müalicəvi təsir göstərir.

Publika.az xarici mətbuata istinadla xəbər verir ki, mütəxəssislərin apardığı tədqiqatın nəticələri “Journal of Cereal Science” nəşrində dərc edilib.

Məqalədə qeyd olunub ki, qarabaşağın istifadəsi orqanizmdə “uzunömürlülük zülalı” hesab olunan SIRT1-in səviyyəsini artırır.

Alimlər qeyd edirlər ki, orqanizmdə SIRT1-in səviyyəsi qocalma sürətini azaldır, bədənin stresə qarşı müqavimətini artırır.

Bundan əlavə, qarabaşağın tərkibi fosfor, kükürd, yod, sink, titan, dəmir kimi mikroelementlərlə, A, E, PP, B qrup vitaminlərlə zəngindir.

 


Geri qayıt