Əsas Səhifə > Cəmiyyət > "Yataq otağı yuxu üçün nəzərdə tutulub, siz buraya əlavə

"Yataq otağı yuxu üçün nəzərdə tutulub, siz buraya əlavə


2-01-2022, 23:18

Çox yatmaq yuxu çatışmazlığından təhlükəlidir – Yeddi illik tədqiqatın nəticəsi - Günün Səsi

Biz hamımız ötən il pis yatmışıq. 2022-ci ildə bunu necə aradan qaldırmaq olar?
 

 

Bizim bədənimidə elə bir orqan yoxdur ki, yuxunun pozulması ona təsir etməsin. Bu zaman, təəssüf ki, çoxumuz daimi olaraq yuxusuzluqdan əziyyət çəkirik.
 
"İxilov" xəstəxanasının yuxu təbabəti mərkəzinin direktoru professor Ribi Tauman yuxumuzun pozulmasını, bunun sağlamlığımıza təsirini, habelə bu vəziyyəti dəyişmək üsulunu izah edib.
 
Koronavirus infeksiyasının davam etdiyi daha bir il də hər birimizin sağlamlığına neqativ təsir göstərdi. Ən geniş yayılmış problemlərdən biri də yuxuya vurulan ciddi ziyandır. Getdikcə daha çox insan pis yatmasından, yuxusuzluqdan əziyyət çəkməsindən və özlərini daim yorğun hiss etməsindən şıkayət edir.
 
Nəyə görə az yatırıq?
 
Dünyada yuxu deprivasiyası ( məhrum olma) epidemiyası müşahidə edilməkdədir, Qərb ölkələrinin yaşlı sakinlərində yuxunun orta müddəti 6, 8 saat təşkil edir, halbuki yüz il əvvəl bu göstərici 9 saat təşkil edirdi. Bu zaman yaşlı adamların 30 faizi bəyan edir ki, onlar sutkada 6 saatdan da az yatır.
 
Yuxu deprivasiyası epidemiyasının gerçək günahkarları var, məsələn, qadjetlərin (qurğuların) ekranı, onlar gecələr yatmağa mane olur, lakin daha təəccüblüsü də var, onların arasında fiziki yüklənməni göstərmək olar. "Aydındır ki, məşğələlər lazımdır, mən bununla razıyam. Lakin çoxlarımız üçün məşqlər xatirinə yuxunu azaltmaq çox baha başa gəlir. Biz yadda saxlamalıyıq ki, sağlamlığımız haqqında söhbət gedəndə, yuxu idmandan az əhəmiyyətli deyil", - professor Tauman aydınlıq gətirib.
 
Onun sözlərinə görə, son on ildə cəmiyyətdə həqiqətən ciddi dəyişiklik baş verib, o cümlədən belə bir köklü fikir formalaşıb ki, yuxu həyatın əbəs yerə yaşanan saatlarıdır. Nəticədə çoxumuz yuxuya qənaət edirik, bununla da öz sağlamlığımıza ciddi ziyan vururuq.
 
Yuxunun çatışmazlığı sağlamlığımıza necə təsir edir?
 
Xroniki yuxusuzluğun neqativ nəticələrinin siyahısı genişdir. "Pozulmalar beyin fuksiyaları ilə- diqqətin cəmləşdirilməsi, əhval-ruhiyyə və sükan arxasında tez reaksiya, həmçinin ürək xəstəlikləri, hipertoniya və diabetlə bağlı ola bilər",- professor Tauman belə izah edib.
O, vurğulayıb ki, bədənimizdə elə bir orqan yoxdur ki, daimi yuxu çatışmazlığından əziyyət çəkməsin. O, əlavə edib ki, tez-tez kifayət qədər yuxu yatmayanlar illərlə çəki artırır, çünki əgər yuxu rejimi pozulursa, həm də qida rejimi pozulur və ya əksinə. Yuxu və piylənmə arasında daha bir əlaqə yuxusuzluğun aclıq və toxluq hissinə cavabdeh olan hormonlara təsiridir.
 
Biz nə qədər yatmalıyıq?
 
Yuxunun miqdarı yaşımızdan asılıdır:
 
Yeniyetmələr və gənclər sutkada 8-9 saat yatmalıdır;
 
Yaşlı adamlar sutkada 7-8 saat yatmalıdır;
 
Bəzi qoca adamlara sutkada 6-7 saat yatmaq kifayət edir.
 
Belə çıxır ki, həyatımızın çox hissəsini sutkada 7-8 saat yatmalıyıq, bu baş verməsə, bizim orqanizmimiz yaxşı formada olmur.
 
Bazar günləri yuxusuzluğu kompensasiya etmək üçün daha çox yatmaq olarmı?
 
Böyük mənada yox.
 
"Dərhal özümüzü gümrah hiss etmək üçün bizə gündüz yuxusu kömək edə bilər. Lakin uzunmüddətli perspektivdə biz beş iş günümüzü kifayət qədər yatmayıb, bazar günləri onları kompensasiya etməməliyik",- o, izah edib.
 
"İl boyu yuxumuzun bu və ya digər dərəcədə eyni olmasına çalışmalıyıq. Aydındır ki, bəzən yuxu rejimini pozmaq lazım gəlir, lakin yuxu və ayıq saatları müntəzəm olaraq qoruyub saxlamalıyıq",- professor Tauman deyib.
 
O, həmçinin vurğulayıb ki, yuxu pozuntusunun meydana çıxmasına yol verməmək vacibdir. "Əgər siz yuxuda tənəffüsün pozulmasını və digər pozuntuları aşkar etsəniz, bunları müalicə etmək lazımdır",- professor Tauman deyib və vurğulayıb ki, siz ağzınızda quruluq hissi ilə oyandıqda və ya gecələr su içmək üçün oyanmağa məcbur olduqda belə, sizdə şübhələr yaranmalıdır.
 
Professor Tauman həmçinin televizor və ya digər qadjetlər qoşulu olduqda yatmamağı tövsiyyə edir.
 
"Yataq otağı yuxu üçün nəzərdə tutulub, siz buraya əlavə elementlər daxil etdikdə, avtomatik olaraq yuxunuzu pozursunuz". O, yuxudan 3 saat əvvəl işdən, televizordan və məşqlərdən imtina etməyi  məsləhət görüb.
 
"Yaxşı yuxu odur ki, siz çarpayıya uzanıb, bərk yatırsınız və yalnız səhərlər oyanırsınız",- professor Tauman sözlərinə yekun vurub.

Geri qayıt