Əsas Səhifə > Cəmiyyət > Psixoloq həyəcan təbili çaldı: “Yeniyetmələr arasında aqressiya

Psixoloq həyəcan təbili çaldı: “Yeniyetmələr arasında aqressiya


23-04-2022, 20:21

 Psixoloq həyəcan təbili çaldı: “Yeniyetmələr arasında aqressiya artıb”

“Cəmiyyətdə cinayət hallarının artmasına təsir göstərən əsas səbəb aqressiyadır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Qeyd edək ki, son zamanlar cinayət, təcavüz və şiddət hallarının sayı kəskin şəkildə artıb. Bu hal hətta məkəblilər arasında da geniş yayılıb. Baş verən cinayət hadisələri insanı heyrətə gətirir. Analoji halalrın qarşısının alınması üçün nə qədər tədbir görülsə də, sayı gün-gündən artır.

Psixoloqun sözlərinə görə, bu cür hadisələr ailədə psixoloji uyuşmanın olmamasından irəli gəlir:

“Cinayətlərin artmasına səbəb ilk olaraq insanlarda yaranan aqressiyadır. Aqressiya statistikaya görə, 16 yaşlılar arasında artmaq üzrədir. Bu yaşa qədər yaşanan aqressiyaların səbəbi ailədə yaranan psixoloji uyuşmanın olmamasıdır. Ailədə şəxslər bir-biriləri ilə yola getmirlər. Bu münaqişənin içərisində böyüyən uşaq təbii ki də aqressiv olacaq. Ona görə də aqressiya yeniyetməlikdə cinayətə çevrilir”.

A.Ələkbərova qeyd edib ki, insanların cinayətə sövq olunmasının əsas səbəbi onlarda yaranan daxili aqressiyanın, sensor şəxsiyyət pozuntusunun olmasıdır:

“Cinayətin müxrəlif səbəbləri var. Bəziləri deyir ki, bu genetik olur. Bioloji varlıq olduğumuzdan hər bir fərdin öz xüsusiyyəti var.  

Fərdi cəmiyyət formalaşdırır. İnsan özündə olmadan cinayəti törətdiyini deyir. Heç kəs özünü müqəssir saymır. Belə nəticəyə gəlir ki, insanların cinayətə sövq olunmasının əsas səbəbi onlarda yaranan daxili aqressiyanın, sensor şəxsiyyət pozuntusunun olmasıdır.

Həmişə hadisə olandan sonra üzərinə düşülür. Hər şey əsəbdən yaranır. Əsəb cinayətə gətirib çıxarır”.


Geri qayıt