Əsas Səhifə > Cəmiyyət > Orqanizmdə maqnezium qıtlığına yol verməməyin 10 sanballı

Orqanizmdə maqnezium qıtlığına yol verməməyin 10 sanballı


7-05-2023, 22:02

Orqanizmdə maqnezium qıtlığına yol verməməyin 10 sanballı səbəbi

"Problem ondan ibarətdir ki, bizim qidadan aldığımız maqneziumun yalnız 30-40 faizi orqanizm tərəfindən mənimsənilir..."

 

Maqnezium ürək-damar sisteminin, sümüklərin, beynin, maddələr mübadiləsinin və bir çox başqa funksiyaların sağlamlığı üçün lazım olan ən mühüm makroelementlərindən biridir. 

 

Moderator.az xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb.

 

Maqnezium orqanizmin həyati fəaliyətinin bir çox proseslərində iştirak edir, onun qıtlığı iş qabiliyyətinə və bütövlükdə həyatın keyfiyyətinə neqativ təsir edir.

 

 

Maqnezium çatışmazlığından diqqətin cəmləşdirilməsi aşağı düşür, yorğunluq hissi yaranır, ümumi ovqat pisləşir, habelə ürək-damar xəstəliklərinin inkişaf riski yüksəlir.

Bir çox qida məhsulları, o cümlədən yaşıl yarpaqlı tərəvəzlər (ispanaq), dəniz yosunları (spirulina), toxumlar (boranı), otlar (yaşıl soğan və keşniş), paxlalılar, qoz və badam maqnezium ilə zəngindir. 

Lakin problem ondan ibarətdir ki, bizim qidadan aldığımız maqneziumun yalnız 30-40 faizi orqanizm tərəfindən mənimsənilir.

Ona görə də bu mineralın normal miqdarını saxlamaq üçün bəzi insanlara onu qida əlavələri formasında qəbul etmək tövsiyə edilir. 

Orqanizmdə maqneziumun miqdarına nəzarət etməyin 10 səbəbi

1. Ürəyin sağlamlığı 

Maqnezium ürək əzələsinin normal işləməsində, aritmiyaların qarşısınım alınmasında və normal qan təzyiqinin saxlanılmasında rol oynayır. 

2. Normal maddələr mübadiləsi

Maqnezium karbohidratlar və yağların enerjiyə çevrilməsində mühüm rol oynayır. Tədqiqatlar göstərib ki, maqneziumdan nə qədər çox istifadə edilsə, ikinci tip diabetin inkişaf riski bir o qədər azalır.

3. Sümüklərin sağlamlığı

Maqnezium inkişaf proseslərində və sümüklərin minerallaşmasında iştirak edir, sümük toxumasını sabitləşdirir, həmçinin orqanizmdə kalsiumun səviyyəsinin balanslaşdırılmasında rol oynayır.

Tədqiqatlar göstərib ki, maqnezium qidaya əlavə edildikdə osteoporozdan əziyyət çəkən qadınlarda doğuşdan sonra sümüklərin sağlamlığına müsbət təsir edib.

4. Miqren və xroniki baş ağrıları

Maqnezium tərkibli qida əlavələrinin qəbulu miqren və ya baş ağrılarının tezliyini və ağırlığını azaldır. Müşahidələr göstərir ki, miqrendən əziyyət çəkən insanların yarısı bu mineral qıtlığını keçirir. Tədqiqatlar göstərib ki, maqnezium miqrendə istifadə edilən 2 populyar dərman qədər effektlidir. 

5. Qadın sağlamlığı

Tədqiqatlar göstərib ki, maqnezium qıtlığı müxtəlif ginekoloji problemlərin - qeyri-müntəzəm menstruasiyaların, predmenstrual sindromun, menstruasiya zamanı miqrenin və postmenstrual problemlərin yaranmasına kömək edir. Belə hallarda qidaya maqneziumun əlavə edilməsi vəzyyəti yaxşılaşdırır.

6. Beynin sağlamlığı

Maqnezium beynin və sinir sisteminin sağlamlığında mühim rol oynaylr. Tədqiqatlar göstərib ki, bu mineralın aşağı miqdarı demensiyanın inkişaf riski ilə bağlıdlr, hərçənd, maqneziumun normal miqdarı müxtəlif nevroloji xəstəliklər, o cümlədən Parkinson və Altsheymer xəstəliklərindən qoruya bilir. 

7. Psixatrik və davranış problemləri

Tədqiqatlar göstərib ki, maqneziumun miqdarının aşağı olması depressiya, narahatlıq, diqqətin və hiperaktivliyin qıtlığı sindromu, autizm və digər davranlş probleərinin yüksək riski ilə bağlıdır. Maqnezium tərkibli qida əlavələri bunların qarşısını alır.

8. Xroniki ağrılar

Maqnezium əzələləri sakitləşdirir və sinir reseptorlarına təsir edir. Tədqiqatlar göstərib ki, bu mineral sinir ağrısı, fibromialgiya, əzələ ağrısı və ya oynaq ağrıları kimi müxtəlif ağrı sindromlarını yüngülləşdirir. 

9. Əsəb gərginliyi

Maqnezium stresin nəticələrini azaldır, orqanizmin istirahət qabiliyyətini yaxşılaşdırır, yuxunun keyfiyyətinə müsbət təsir edir. 

10. Bağırsaq sağlamlığı 

Maqnezium bağırsaq əzələlərini sakitləşdirir, ona görə də bu mineraldan qəbizlikdə, qarnın ağrılarında və qaz əmələ gəlməsində istifadə edilir.

Ailə, inteqrativ və funksional təbabət üzrə ekspert, doktor. Dalit Driman - Medina

Healthy Walla


Geri qayıt