Əsas Səhifə > Cəmiyyət > NİKAHA girmək istəyən 261 nəfərdə sifilis,

NİKAHA girmək istəyən 261 nəfərdə sifilis,


24-02-2016, 19:55

 

 
Nikaha girmək istəyən 261 nəfərdə sifilis, 55 nəfərdə isə SPİD aşkarlanıb
“Nikaha girmək istəyən 261 nəfərdə sifilis, 55 nəfərdə SPİD aşkarlanıb. Talassemiya daşıyıcısı olanlardan 3 cütlük evlənməkdən imtina edib”. 
 AzerTaym.az  xəbər verir ki, bunu B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib. 
O bildirib ki, fevral ayına qədər nikaha girmək istəyən 94400 nəfərdən qan nümunəsi götürülüb. 5780 nəfərin talassemiya daşıyıcısı olduğu aşkarlanıb. 
“Hər iksində talaseemiya aşkarlanan 45 cütlükdən 3 çütlük evlənməkdən imtina edib. 6 cütlükdə hamiləlik aşkarlanıb. Dünən onlardan dölyanı mayedən nümunə götürülüb.
Onlar 4-cü ayda olan hamilələrdir. Yaxın zamanda nəticələr bilinəcək. Buna uyğun olaraq onlar qərar veriləcək”-deyə Zöhrə Əlmirzəyeva bildirib. 

Geri qayıt