TRT-dən Ərdoğan bəyanatı

Картинки по запросу trt erdogan

Türkiyədə 15 iyul hərbi çevriliş cəhdi gecəsi Prezident Rəcəb Tayyib Ərdoğanın “Mərmərə” otelində jurnalistlərə verdiyi açıqlamanın TRT tərəfindən yayımlanmadığı barədə yayılan iddialara telekanal rəhbərliyi aydınlıq gətirib.

"AzerTaym.az" Axar.az-a istinadən həmin bəyanatın mətnini təqdim edir: “Xain çevriliş cəhdinin olduğu gecə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın “Mərmərə” otelində jurnalistlərə verdiyi açıqlamanın TRT tərəfindən verilmədiyi barədə sosial şəbəkələrdə məlumat yayılıb və müəyyən çevrələrdə bu iddiaya inanlar var. Hörmətli prezidentimiz Anadolu Agentliyi və TRT-yə saat 00:04-də açıqlama verib. Hərçənd həmin gecə hər kəs şahiddir ki, xain qiyamçılar saat 22:50-dən etibarən TRT-nin işğalına başlamışdılar. İşğal davam etdiyi zaman prezident, baş nazir və digər rəsmilərin açıqlamaları media vasitəsilə yayımlanmışdı. Prezidentimizin “CNN Türk”ə açıqlaması, eləcə də baş nazirin çıxışları qiyamçıların işğal etmədiyi TRT-nin Ankara radiosu vasitəsilə bütün ölkəyə çatdırılmışdı”.

Açıqlamada qiyamçıların məğlubiyyətə uğramasından sonra hərbi çevriliş cəhdinə qarşı TRT-də müntəzəm məlumatların yayıldığı da vurğulanıb:“İşğala son qoyulduqdan sonra hörmətli prezidentimizin çağırışı ilə TRT qiyam cəhdinə qarşı müntəzəm məlumatlar yayımlamış və bütün efir fəaliyyətini buna uyğun nizamlamışdı. O gecə müvəqqəti işğala məruz qalan TRT-nin “Türkiyə Prezidenti dövlətin başçısı və Türkiyə Silahlı Qüvvələrinin baş komandanıdır” başlığı ilə yayımlanan xəbərində Administrasiyanın “Meydanlara axışın” çağırışını vermədiyi barədə irəli sürülən iddialar əsassızdır və qəbuledilməzdir”.

90

 






Fikirlər