12.06.2014.- Obama azərbaycanlı tələbəni mükafatlandırdı

12.06.2014.- Obama azərbaycanlı tələbəni mükafatlandırdıABŞ-ın Mayn Ştatında “Thornton Academy” məktəbini qızıl medalla bitirən Toğrul Namiq oğlu Hümmətov ABŞ prezidenti Barak Obama tərəfindən fəxri diplomla mükafatlandırılıb.
Məlumatda qeyd edilir ki, T.Hümmətov ABŞ-da oxuduğu müddətdə daima digər həmkarları arasında dərsə davamiyyəti, hazırcavablığı və tədris müddətində dərslərə layiqli cavablar verməsi ilə fərqlənib.

Eyni zamanda T.Hümmətov əsl azərbaycanlı kimi də məktəbin müəllim heyyətinin rəgbətini qazanıb. Dərslərdə göstərdiyi yüksək intellektual bilik və bacarığı nəticəsində Toğrul məktəbi Qızıl medalla bitirib.

Məlumata görə, ABŞ-ın təhsil sistemində mövcud olan qaydalara görə, Birləşmiş Ştatlar sərhədləri çərçivəsində mövcud olan məktəblərdə yüksək bilik və bacarıq nümayiş etdirən və məktəbi Qızıl medallarla bitirən şagirdlər ölkənin prezidenti tərəfindən diplomla mükafatlandırılırlar. Bu dəfə isə Barak Obama azərbaycanlı tələbə T.Hümmətovu mükafatlandırma şərəfinə nail olub ki, bu da hər bir azərbaycanlı üçün qürurverici bir hadisədi. Çün ki, Toğrul belə bir medala və mükafata layiq olan ilk azərbaycanlıdır.
Qeyd edək ki, artıq Toğrul Hümmətov ABŞ-ın Boston şəhərində yerləşən Bryant Universitetinə qəbul olub və ali təhsilini bu universitetdə davam etdirəcəkdir.






Fikirlər