ŞƏHİD CƏNAZƏSİNDƏ CHP-NİN ÇƏLƏNGİNİ PARÇALADILAR

Kayseridə şəhid polis məmurları Yasin İke və Osman Börklüoğlunun cənazələrində CHP-nin çələngi parçalandı.

Cənazə namazından əvvəl, şəhid polis məmuru Yasin İkenin əmisinin olduğu iddia edilən bir adam, CHP-nin adına gəlmiş çələngi parçaladı. Polis qrupları tərəfindən məscid bağçasından çıxarılan şəxs, daha sonra yenə polislər tərəfindən cənazə namazının qılınacağı yerə gətirilib.
Böyükşəhər Bələdiyyəsi təmizlik qrupları, parçalanan çələngi sahədən çölə çıxarıb. CHP yerli təşkilatının sədri  Feyzullah Keskin, telefonla xəbəri aldıqdan sonra yeni çələng hazırladıb, cənazə yerinə gələcəklərini ifadə edib.
Şəhid cənazəsinə qatılan bir qrup, CHP-nin yerli şöbəsi tərəfindən yenidən göndərilən çələngi də parçaladı. Şəhid polis Yasin İkenin bacısı, "O çələngi burada görmək istəmirəm" şəklində reaksiya verdi.
   






Fikirlər