“Rusiya həmin gün məhv olacaq” – DƏHŞƏTLİ PROQNOZ

“Rusiya Ukraynanı işğal edəcəyi halda öz mövcudluğunu dayandıracaq”.

 AzerTaym.az xəbər verir ki, bunu Ukraynanın birinci prezidenti Leonid Kravçuk “112 Ukrayna” telekanalına müsahibəsində deyib.

“Təsəvvür edin ki, Rusiya genişmiqyaslı addıma gedəcək və Ukraynanı işğal edəcək, bu, Rusiyanın həyatının son günü olacaq. Çünki ölkəni iqtisadi, siyasi və mənəvi cəhətdən tabe etmək qeyri-realdır”, - Kravçuk bildirib.

O, əlavə edib ki, Moskva qonşu ölkəyə birbaşa müdaxilənin təhlükəli nəticələrini anlayır və buna görə də “nöqtə təzyiqi”nə üstünlük verir.

Qeyd edək ki, Kravçuk iki gün əvvəl Donbas münaqişəsinin həlli üzrə təkliflə çıxış edib. Onun sözlərinə görə, danışıqlar masasında hər birindən 5 nəfər olmaqla Rusiya və Ukraynanın nümayəndələri oturmalıdır. Keçmiş prezident bildirib ki, həmin insanlar heç vaxt siyasətlə məşğul olmayan, amma ölkələrində əhəmiyyətli şəxslər olmalıdır. O, vurğulayıb ki, iki ölkənin vətəndaşları tərəfindən hazırlanmış planlar Rusiya prezidenti Vladimir Putin və Ukrayna lideri Pyotr Poroşenkoya təqdim edilməlidir.






Fikirlər