Obama Fransa prezidenti OLA BİLƏR

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın fransalı pərəstişkarları onun Fransa prezidenti vəzifəsinə namizədliyini irəli sürməyə çalışırlar.

 AzerTaym.az Trend-ə istinadən bildirir ki, bir qrup fəal B.Obamanın şəkillərini Paris küçələrində yapışdırıb və təbliğat üçün "Obama17" adlı sayt işə salıb.

Fəalları hətta B.Obamanın diqqətini öz istəklərinə cəlb etmək məqsədilə müvafiq petisiya yaradıblar. Bu petisiyanın 1 milyon nəfər tərəfindən imzalanması gözlənilir.






Fikirlər