Türk zabit ABŞ-ın polkovnikini pərt etdi – YPG-yə görə təqdim olunan medalı GERİ QAYTARDI

İncirlik

Mayın 10-da Türkiyədə İncirlik hərbi bazasında İŞİD-ə qarşı koalisiyanın qərargahında vida mərasimi təşkil edilib.

Teleqraf.com xəbər verir ki, mərasimdə bəzi zabitlər medalla təltif olunub.

Mərasim zamanı ABŞ-dan olan polkovnik Kevin Lehy Koalisiya qərargahında xidmət edən türkiyəli zabitə xidmətlərinə görə medal təqdim edib.

Bu zaman çıxış edən türk zabit “Sizləri üzmək istəmirəm. Lakin bu medalı qəbul etmək mümkün deyil. Çünki bu medalı mənə təqdim edənlər həm də mənim düşmənim olan YPG ilə əməkdaşlıq edir” deyib.

Türk zabit əlavə edib ki, qüruru bu medalı qəbul etməyə imkan vermir. Medaldan imtina edən türk zabit daha sonra vida mərasimi toplantısını tərk edib.






Fikirlər