ERMƏNİSTAN PREZİDENTİ ilk SƏFƏRİNİ RUSİYAYA edəcək

Ermənistan prezidenti Armen Sarkisyan aprelin 9-da Moskvaya səfər edəcək.

Modern.az Erməniastan KİV-nə istinadən xəbər verir ki, o bu barədə “TASS” agentliyinə xüsusi müsahibəsi zamanı deyib.

Yaxın vaxtlarda Ermənistan prezidenti kimi Moskvaya səfər etməyi planlaşdırıram. Ənənəvi olaraq, Ermənistan prezidentləri ilk səfərlərini Rusiyaya edirlər. Dəqiq tarix məlum deyil”.

Armen Sarkisyan martın 2-də Erməniatan prezidenti seçilib.






Fikirlər