ALMANİYA NÜVƏ razılaşmasından çıxmayacaq

Almaniyanın kansleri Angela Merkel İran prezidenti Həsən Ruhaniyə Berlinin nüvə razılaşmasından çıxmaq niyyətində olmadığını bildirib. 

AzerTaym.az “Trend”ə istinadən xəbər verir ki, Bu haqda Ruhaninin rəsmi internet saytında məlumat verilib.

Məlumata görə, həmin istiqamətdə işlər davam etdiriləcək. Belə ki, Ruhani ilə telefon danışığında kansler qeyd edib ki, İrana təqdim edilən təkliflər paketi yalnız müqavilənin qorunması ilə bağlı əsas sualları əhatə edir və ətraflı məlumatların hazırlanması üçün danışıqların aparılması zəruridir.

"Razılaşmada qalmaq istədiyimizə əminik və bu vacibdir”, - bəyanatda deyilir.

 






Fikirlər