Rusiya "CASUS OVUNDA" – Mərkəzi Kəşfiyyat İdarəsi qorxuya düşdü

Rusiya "casus ovunda" – Mərkəzi Kəşfiyyat İdarəsi qorxuya düşdü

ABŞ Mərkəzi Kəşfiyyat idarəsi (CIA) Sergey Skripal işinə görə özünün agentlərinin həyatı üçün təhlükə yarandığını hesab edir.

Modern.az saytının "New York Times"a istinadən məlumatına görə, CIA informatorlarının Rusiya xüsusi xidmət orqanları tərəfindən izlənildiyini qeyd edir.Bura keçmiş casuslar da daxildir.

Bildiirlir ki, Rusiya son illərdə CIA üçün işləyən rusiyalıları güdə biliblər.

Solsberidə Rusiya Baş Kəşfiyyat idarəsinin (QRU) sabiq polkovniki Sergey Skripal və onun qızı Yuliya Skripalın zəhərlənməsindən sonra isə ABŞ özünün əks-kəşfiyyat və müdafiə təminatının miqyasına yenidən baxmağı qərara alıb.

Bu baxımdan CIA özünün agentlərinin təhlükəsizliyini qorumaq proqramına başlayıb.

Qeyd edək ki, bu ilin martında Sergey Skripal və qızı Solsberidə "Noviçok" maddəsi ilə zəhərlənib. Londonun versiyasına görə, bu işə görə Moskva məsuliyyət daşıyır.

Rusiya isə bütün ittihamları rədd edib.

Britaniya hüquq-mühafizə orqanlarının təhqiqatı zamanı bəlli olub ki, Skripalları Aleksandr Petrovla Ruslan Başirov zəhərləyib. Onların QRU agenti olduğu bildirilir.

Lakin adıçəkilən şəxslər müsahibə verərək Solsberiyə yalnız ticarət məqsədi ilə getdiklərini deyiblər. Qeyd ediblər ki, onlar QRU agenti deyillər.






Fikirlər