Almaniyada koronavirusdan ölənlərin sayı 4 MİNİ KEÇDİ

Almaniyada koronavirusdan ölənlərin sayı 4 mini keçdi

Almaniyada koronavirusdan ölənlərin sayı daha 248 nəfər artaraq 4052-yə çatıb.

AzerTaym.az" qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Almaniyanın Robert Kox İnstitutu açıqlama yayıb. Məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 2,945 nəfər artaraq 137,698-ə yüksəlib.

Qeyd edək ki, dünya üzrə koronavirusa 2,184,566 insan yoluxub, 146,897 nəfər xəstəlik səbəbindən həyatını itirib.






Fikirlər