Daha bir ölkə koronavirusla VİDALAŞDI

Mərkəzi Amerika ölkəsi olan Belizdə koronavirus xəstəsi qalmayıb.

 Modern.az xəbər verir ki, ölkədə infeksiyaya yoluxan 18 nəfərdən 2-si ölüb, 16 nəfər isə sağalaraq evə buraxılıb. Bundan başqa, Belizdə 1043 şəxsdən test götürülüb və nəticələr neqativ çıxıb.

 Beləliklə, Ümumdünya Səhiyyə Təşkilatı Belizi koronaviruslu ölkələr siyahısında sıfır göstərici ilə işarələyib.

 Qeyd edək ki, bundan öncə Qrelandiya, Sent-Bartelemi, Folklend Adaları, Anguilla, Surinam və Papua-Yeni Qvineyada koronaviruslu xəstə qalmayıb.






Fikirlər