Səudiyyə Ərəbistanından qərar- Ramazan bayramında komendant saatı

Səudiyyə Ərəbistanından qərar- Ramazan bayramında komendant saatı

Səudiyyə Ərəbistanı Ramazan bayramında komendant saatı tətbiq edəcək.

Sonxeber.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Daxili İşlər nazirliyinin verdiyi açıqlamada koronavirusun yayılması ilə əlaqədar tədbirlərin ölkə daxilində davam etdiriləcəyi qeyd olunub.

Açıqlamada Ramazan Bayramında, yəni 23-27 may tarixləri arasında 24 saatlıq komendant saatı tətbiq ediləcəyi bildirilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında bu günə qədər 42 min 925 koronavirusa yoluxma və 264 ölüm faktı qeydə alınıb.






Fikirlər