Fransada rekord GÖSTƏRİCİ...

Fransada rekord göstərici

Fransada son sutka ərzində koronavirusa yoluxanların sayı rekord sayda – 8 975 nəfər artıb. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Baş Səhiyyə Direksiyası (DGS) məlumat yayıb.

Xəstəxanalarda 4 671 koronaviruslu xəstə qalmaqdadır. Onlardan 473-ü reanimasiyadadır.

"Worldometers"ə əsasən, pandemiyanın başladığı vaxtdan indiyədək Fransada 309 156 nəfər koronavirusa yoluxub, 30 706 nəfər bu virusun qurbanı olub. 






Fikirlər