Dünyada vaksinasiyaya başlayan ölkələrin sayı açıqlandı

Dünyada vaksinasiyaya başlayan ölkələrin sayı açıqlandı

Bu günə qədər 46 ölkədə koronavirus infeksiyası əleyhinə vaksinasiyaya başlanılıb.

 "AzerTaym.az" bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktorunun köməkçisi Mariancela Simao brifinqdə məlumat verib.

“46 ölkədə peyvəndlərin tətbiqinə başlanılıb, onlardan 38-i yüksək gəlirli ölkələrdir”, - xanım Simao belə deyib.

Onun sözlərinə görə, gəliri az olan ölkələrdə də vəziyyəti düzəltmək və vaksinasiyaya başlamaq üçün COVAX mexanizmi hazırlanılıb: “Yanvar ayında deyil, ancaq ümid edirik ki, artıq fevralda yaxşı xəbərlərimiz olacaq”. (APA)






Fikirlər