Yaxın Şərqdə GƏRGİNLİK ARTIR: "Hizbullah" lideri bu şəxslərlə GÖRÜŞDÜ

Livanın "Hizbullah" qruplaşmasının lideri Həsən Nəsrallah HƏMAS və "İslami Cihad"ın rəhbərliyi ilə müzakirələr aparıb.

Musavat.com xəbər verir ki, bu barədə “Reuters” "Hizbullah"ın bəyanatına istinadən məlumat yayıb. 

Qeyd olunub ki, Həsən Nəsrallah "İslami Cihad"ın baş katibi Ziyad ən-Nahala və HƏMAS liderinin müavini Şeyx Saleh əl-Aruri ilə görüşüb.

Görüşün nə vaxt və harada keçirildiyi məlum deyil.

"Real qələbəyə nail olmaq üçün tərəflərin nə etməli olduğu barədə qiymətləndirmə aparıldı. Koordinasiyanın davam etdirilməsi ilə bağlı razılıq əldə olundu", - bəyanatda deyilir.

Xatırladaq ki, oktyabrın 7-dən İsraillə HƏMAS hərəkatı arasında müharibə davam edir. “Ənsar Allah” (husilər) və "Hizbullah" hərəkatları HƏMAS-a qoşulmağa hazır olduqlarını bildiriblər. 






Fikirlər