Mübariz Mənsimov həbs olunan nazirin oğlu ilə görüşdü- 09/01/2014

Mübariz Mənsimov həbs olunan nazirin oğlu ilə görüşdü- 09/01/2014“Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov sabiq daxili işlər naziri Muammar Gülərin oğlu Barış Gülərlə görüşüb.
AzerTaym-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Mübariz Mənsimov Barışla Gülərlə görüşmək üçün Bakırköy Ddliyyəsinin baş prokuroru Hadi Salihoğlundan icazə alıb.
Bu arada məlum olub ki, Türkiyənin sabiq daxili işlər naziri Mehmet Ağar 17 dekabrda keçirilən korrupsiya və rüşvət əməliyyatı zamanı həbs olunan keçmiş İqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Saleh Kağan Çağlayan ilə görüşmək üçün dünən Bakırköy Ədliyyəsinə gedib. Sabiq nazir Ağar görüş üçün icazə almaq üçün baş prokuror Hadi Salihoğlu ilə görüşdüyü deyilir. Təxminən yarım saat qədər ədliyyə binasında qalan Mehmet Ağar, saat 14.00 radələrində Metris Həbsxanasına gedərək Çağlayanın oğlu Saleh Kağan Çağlayanla görüşüb. Yarım saat içərisində orda olan və sonra avtomobili ilə həbsxanadan geri qayıdan Ağar mətbuata açıqlama verməyib.






Fikirlər