Azərbaycanlı milyarderin 58 milyonluq təyyarəsi - (Fotolar)

Azərbaycanlı milyarderin 58 milyonluq təyyarəsi - (Fotolar)Azərbaycanlı iş adamı Rza Zərrab 59 milyon dollara təyyarə alıb.

Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumat Rza Zərrabın sahibi olduğu Royal Holdinq facebook səhifəsindən palaşılıb.

Məlumatda işa adamının sahibi olduğu ARE Aviasiya Şirkətinin “Gulfstream G550” model yeni təyyarə aldığı bildirilir. Məlumatla yanaşı təyyarənin fotoları da paylaşılıb.

ARE Aviasiya Şirkətinin 2015-ci ildəki hədəfinin 3-cü təyyarə olduğu da qeyd edilib.

Xatırladaq ki, Rza Zərrab 2013-cü ilin dekabrında Türkiyədə keçirilən rüşvət və korrupsiya əməliyyatları zamanı həbs edilmişdi. O "Challenger 300" tipli təyyarəsinin kreditlərini uzun müddət ödəyə bilməmişdi. Lakin ötən ilin fevralında həbsdən çıxan kimi o borcunu ödəyərək təyyarəsini geri ala bildi.


Azərbaycanlı milyarderin 58 milyonluq təyyarəsi - (Fotolar)
Azərbaycanlı milyarderin 58 milyonluq təyyarəsi - (Fotolar)
Azərbaycanlı milyarderin 58 milyonluq təyyarəsi - (Fotolar)






Fikirlər