Əsas Səhifə > Dünya > MƏGLUB ORDUDA TƏMİZLƏMƏLƏR:

MƏGLUB ORDUDA TƏMİZLƏMƏLƏR:


26-04-2016, 15:00

Ermənistan prezidenti Serj Sərkisyan son vaxtlar Azərbaycan ordusundan ağır məğlubiyyətlər alan Ermənistan ordusunun rəhbərliyində təmizləmə işlərinə başlayıb.

 

Publika.az “hayastannews.com” nəşrinə istinadən xəbər verir ki, prezidentin fərmanı ilə ordunun üç yüksək vəzifəli generalını işdən çıxarıb.

 

Fərmana əsasən müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini Alik Mirzəbekyan, Baş qərargahın kəşfiyyat idarəsinin rəisi general-mayor Arşak Karapetyan, rabitə qoşunlarının və avtomatik idarəetmə sistemlərinin rəisi, general-mayor Komitas Muradyan işdən azad ediliblər.


Geri qayıt