Əsas Səhifə > Dünya > Əgər İsveç NATO-ya daxil olarsa...

Əgər İsveç NATO-ya daxil olarsa...


29-04-2016, 10:00

Əgər İsveç NATO-ya daxil olarsa... -

Rusiya XİN İsveçin NATO-ya daxil olması məsələsinə münasibət bildirib.

Ölkə.Az xəbər verir ki, İsveçin "Dagens Nyheter" qəzetinə müsahibə verən XİN başçısı Sergey Lavrov Stokholmu NATO-ya girməkdən çəkinməyə çağırıb.
"Əgər İsveç NATO-ya daxil olarsa, bu bizdə belə təsəvvür yaradacaq ki, ölkəniz hər an bizə hücum etməyə hazırdır. Biz bunu belə qəbul edəcəyik. NATO-ya daxil olduqdan sonra təbii ki, İsveçin hərbi infrastruktru alyansın baş komandanına tabe olacaq, ona görə də biz öz şimal sərhədlərimizdə ciddi hərb-texniki tədbirlər görmək məcburiyyətində qalacağıq", deyə Lavrov müsahibəsində bildirib.
Daha sonra İsveçin seçim etməkdə azad olduğunu vurğulayan Rusiyanın XİN başçısı, bunun üçün isveç xalqının da rəyinin öyrənilməsinin vacib olduğunu qeyd edib.

Geri qayıt