Əsas Səhifə > Dünya > “İŞİD lideri Əbu Vahib məhv edilib”
“İŞİD lideri Əbu Vahib məhv edilib”10-05-2016, 08:16 |
Koalisiya üzvlərinin İraqda keçirdikləri əməliyyat zamanı İŞİD terror qruplaşmasının liderlərindən biri məhv edilib. “Report”un məlumatına görə, bu barədə Pentaqonun mətbuat katibi Piter Kuk keçirdiyi brifinqdə məlumat verib. “Koalisiya İŞİD-in Ənbar əyalətindəki hərbi liderlərindən biri Əbu Vahibi məhv etmək üçün onun olduğu əraziyə avia zərbə endirib. Əbu Vahib “Əl Qaidə” terror təşkilatının keçmiş üzvüdür. O, İŞİD-in cəza videogörüntülərində də yer alıb” – deyə Pentaqon rəsmisi bildirib.
Geri qayıt |