Əsas Səhifə > Dünya > Rusiyanın dəniz piyadaları DAGISTAN

Rusiyanın dəniz piyadaları DAGISTAN


6-06-2016, 12:59

Rusiyanın dəniz piyadaları Dağıstan istiqamətində təlimlərə başlayıb

İyunun 6-da Rusiya Xəzər Donanmasının dəniz piyadalarının əlahiddə batalyonları Dağıstan istiqamətində kompleks təlimlərə başlayıb.

Novator.az-ın məlumatına görə, Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti bəyan edib ki, təlimlərdə dəniz piyadaları, “Nona” özüyeriyən artilleriya qurğusu bölmələri təlim standartları və döyüş koordinasiyaları üzrə müxtəlif tapşırıqları həyata keçirir.
Təlimlərin ilk mərhələsində heyət üzvləri hərbi hazırlıq rayonuna yürüş edəcək, atəş mövqeləri üzrə kəşfiyyat aparacaq, sonra isə fərdi normativlərin məşqinə başlayacaqlar.

 


Geri qayıt