Əsas Səhifə > Dünya > PUTİNİN “İKİ DOVŞANI BİR GÜLLƏ İLƏ VURMAQ” CƏHDİ –
PUTİNİN “İKİ DOVŞANI BİR GÜLLƏ İLƏ VURMAQ” CƏHDİ –24-10-2016, 18:03 |
“Rusiya Soyuq Müharibənin qurtarmasından sonra dənizdə ən geniş miqyaslı hərbi hazırlığa başlayıb. Hələb şəhərinin mühasirəyə alınmış şərq hissəsinə həlledici zərbənin vurulmasına hazırlıq görür”. “AzPolitika.info”nun məlumatına görə, bu fikirlər Böyük Britaniyanın “The Telegraph” nəşrində dərc olunan “Suriyanın xilası üçün iki həftə” başlıqlı məqalədə yer alıb. Məqalədə daha sonra bildirilir: “Belə hesab olunur ki, Rusiyanın endirəcəyi zərbələr yaxın iki həftə ərzində vəziyyəti Əsəd rejiminin xeyrinə dəyişəcək. Kreml özünün Şimal donanmasını, yeganə aviadaşıyanını və həmçinin Baltik donanmasını Hələb şəhərindəki səkkiz min nəfərlik müxalifətçi döyüşçünün müqavimətini qırmaq üçün səfərbər edib. Mosul əməliyyatı çox böyük əhəmiyyət daşıyır. Şəhər uğrunda döyüş, Obama tərəfindən irəli şürülmüş xarici siyasət doktrinasının həyata keçməsi baxımından ABŞ administrasiyası üçün lakmus kağızıdır. Həmin doktrinaya görə, ABŞ dünya jandarmı rolu oynamadan, əməkdaşlıq etdiyi tərəflərə göstərdiyi yardımlarla münaqişələri həll etməlidir. Çox az vaxt qalıb. ABŞ-ın şəhər üzərində uçuşsuz zona tətbiq etməsi üçün cəmi iki həftəsi var. Şərqi Hələbə nəzarət edən müxaliflər tələb edir ki, ABŞ arxadan və ya kənardan komandanlıq etmək əvəzinə,vəziyyəti tam nəzarətə götürsün. Əsəd rejiminin və onun müttəfiqlərinin kütləvi qırğınına qarşı müqavimət göstərsin. Rusiya Suriyadakı münaqişəyə pul xərcləməkdə xəsislik etməyəcək. Lakin onun iqtisadiyyatı zəifdir. Bu üzdən də Putin Hələb səmasında ABŞ-la birbaşa qarşıdurmaya girməkdə maraqlı deyil. Təhdidən o ya na keçə bilməz. Hansı ki, Qərb gücləri Slobadan Miloşeviçə qarşı hərbi güc tətbiq edərək, Kosovodakı genosidə son qoyanda və ya Türkiyə sərhəddini pozan Rusiya təyyarəsi vurulanda da, Kreml belə təhdidlərə baş vurmuşdu.
Əgər hökumət artq öz əhalisini ona vurulan zərbələrdən müdafiə etməyi arzulamırsa və ya bunu etmək iqtidarında deyilsə, onda məsuliyyət beynəlxalq ictimaiyyətin üzərinə düşür. Bu gün qəddar diktatora qarşı xalqın qanuni üsyanını yalnız uçuşsuz zona xilas edə bilər. Digər tərəfdən isə uçuşsuz zona, regiondakı müttəfiqləri və Əsədə qarşı çıxanlar arasında ABŞ-a olan inamı da geri qaytarar”. Geri qayıt |