Əsas Səhifə > Dünya > Məşhur alimdən dünyanın
Məşhur alimdən dünyanın16-11-2016, 15:17 |
Britaniyalı astrofizik Stiven Houkinq yaxın min ildə dünyanın sonunun qaçılmaz olduğuna dair proqnoz verib. TİA.AZ “The Daily Mail”-ə istinadən xəbər verir ki, bu barədə alim Oksford tələbə diskussiya cəmiyyətində çıxışı zamanı bildirib. Məşhur fizikin sözlərinə görə, Yerdə həyat nüvə müharibəsi, süni intellektin fəaliyyəti və ya genetik olaraq yaradılan virus nəticəsində məhv olacaq. Houkinq ənənəvi olaraq insanları planetdən qaçmağa çağırıb və uzaq kosmik səyahətlər üçün yüksək texnologiyaların yaradılmasının vacibliyini vurğulayıb. Astrofizik qeyd edib ki, son 50 ildə elmdə ciddi irəliləyişlər baş verib, Kainatı tərk etməyə yaxınlaşılıb. Hokinq eyni zamanda bir sıra nəzəriyyələrin yaranmasında iştirak etdiyinə görə şad olduğunu bildirib. Geri qayıt |