Əsas Səhifə > Dünya, Slayd > BBC: "Təcili xəbər: Donald Tramp

BBC: "Təcili xəbər: Donald Tramp


22-01-2017, 09:08

Donald Tramp - ABŞ Prezidenti

Teleradio şirkətinin mütəxəssisləri Twitter-dən xəbəri tez bir zamanda siliblər

BBC teleradio şirkəti özünün Twitter hesabında ABŞ prezidenti Donald Trampın yaralanması barədə yayılan xəbərləri araşdırır.

AzerTaym.az-in məlumatına görə, bu barədə Böyük Britaniyanın Mirror qəzeti xəbər yayıb.

Araşdırmalar nəticəsində məlum olub ki, hakerlər BBC-nin Twitter hesabını sındıraraq belə bir məlumat yerləşdiriblər.

“Təcili xəbər: prezident Tramp inauqurasiya mərasimində əlindən güllə yarası alıb”, - deyə hakerlərin yerləşdirdiyi xəbərdə deyilir.

Lakin xəbər BBC mütəxəssisləri tərəfindən tezliklə silinib və buna görə üzr də istənilib.


Geri qayıt