Əsas Səhifə > Dünya > Məşhur hakerdən Trampa

Məşhur hakerdən Trampa


25-01-2017, 10:58

ABŞ prezidenti Donald Tramp özünə qarşı haker hücumlarının qarşısını almaq üçün əlavə tədbirlər görməlidir. O, Ağ Evin məlumatlarını dərc etdiyi şəxsi “Tvitter” səhifəsinin təhlükəsizliyini gücləndirməyi düşünməlidir.

 Modern.az saytının CNN-ə istinadən məlumatına görə, bu haqda “Wauchula Ghost” təxəllüslü tanınmış haker xəbərdarlıq edib.

 Qeyd edək ki, bu haker 2016-cı ilin iyun ayında  “Tvitter”də  “İslam dövləti” (İŞİD) ekstremistlərinin məlumat yaymağa çalışdığı 500 səhifəni sındırdıqdan sonra məşhurlaşıb.

 Haker bildirib ki, Donald Trampın, onun xanımı Melaniya Trampın, həmçinin vitse-prezident Maykl Pensin “Tvitter” hesabları kiber hücumlardan qorunmaq üçün zəifdir.

 “Wauchula Ghost” inandırmağa çalışıb ki, o özü  ABŞ-ın birinci şəxslərinə qarşı kiberhücumlar planlaşdırmır.

 CNN xatırladıb ki, bundan əvvəl də Trampın nümayəndələri kiberhücumların ola biləcəyi barədə xəbərdarlıq ediblər. 


Geri qayıt