Əsas Səhifə > Dünya > “İran dünyada terrorizmin əsas sponsorudur” –
“İran dünyada terrorizmin əsas sponsorudur” –4-02-2017, 09:08 |
İran dünyada terrorizmin əsas sponsorudur. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın müdafiə naziri Ceyms Mattis bəyan edib. “İran probleminə gəldikdə, bu ölkə dünyada terrorizmin əsas sponsorudur”, deyə C.Mattis bildirib. Yaponiyada səfərdə olan Ceyms Mattis bu ölkənin müdafiə naziri Tomomi İnada ilə görüşüb. Qeyd edək ki, fevralın 3-də ABŞ İrana qarşı sanksiyaları genişləndirib. Sanksiyaların tətbiqi İranın ballistik raket proqramı və “Hizbullah” qruplaşmasının dəstəkləməsi ilə bağlıdır.
Geri qayıt |