Əsas Səhifə > Dünya > Rusiyanın “qeyri-sabitlik ayparası”

Rusiyanın “qeyri-sabitlik ayparası”


5-02-2017, 10:00

Rusiyanın “qeyri-sabitlik ayparası” Qərbi ağuşuna alır

Avropa Birliyi liderləri Rusiyanın Ukraynaya təcavüzündən dolayı ona qarşı dirənmək yollarının üstündə baş sındırarkən  Krım və Donbasdakı müharibə ilə Suriyada və Liviyada tüğyan edən münaqişələr arasında heç bir əlaqənin olmadığını güman edirdilər”.

Bu sözlər ABŞ-ın analitik Politico saytının yazarları Cakobo Bariqatsi və Devid Herşenhornun birgə qələmə aldıqları məqalədə yer alıb.
Məqalə müəlliflərinin yazdığına görə, Avropa Şurasının Maltadakı qeyri-rəsmi zirvə toplantısının  iştirakçıları qarşısında yeni, qorxunc geopolitik peyzaj: Şərqdə Donetskdən Qərbdə Tripoliya doğru irəliləyən Rusiyanın təsir ayparası təqdim olunub.
Məqalədə Rusiyanın Qərbin üzərinə yeridiyi 3-cü istiqamətin Ukrayna və Suriyadan sonra Liviya olduğu bildirilir.
“Avropa indi təhlükəli bir perspektivlə üz-üzədir”,- məqalədə qeyd edlir:
“Rusiya Aralıq dənizinin mərkəzi rayonundan miqrant axını üzərində nəzarəti ələ keçirə bilər ki, bu da Putinə Suriyada həyata keçirdiyi eyni taktika sayəsində qaçqınların köməyi ilə, Avropada böhran yaratmaq üçün əlinə yeni rıçaq verəcək. Onun əlində hər zaman açmağa hazır miqrant kranı keçə bilər”, - Mərkəzi Avropalı bir diplomat  bildirib.
Yazı müəllifləri Rusiya politoloqu Leonid Fituninin 2012-ci ildə qələmə aldığı yazıdan qeydlər gətiriblər.
Fituni 2012-ci ildə “Birləşmiş Avropa üçün ən pis ssenari onu rəqibləri tərəfindən nəzarət olunan Atlas dağlarından Belovejsk meşəsinə qədər daimi “qeyri-sabitlik ayparası”nın yaranması ola bilər.
2012-ci ildə Leonid Fituni Aralıq dənizində güc boşluğunu təsəvvür edərkən, bu  boşluğun Rusiya tərəfindən doldurulacağını güman etmirmiş”, - Politico saytında qeyd edilir.
Məqalədə Rusiyanın bununla bağlı strategiyasını həyata keçirmək məqsədilə artıq praktik addımlara atmağa başladığı da yazılıb.
“Son həftələrdə Kreml açıq şəkildə Şərqi Liviyanın əhəmiyyətli bir hissəsinə, o cümlədən neft obyektlərinə nəzarət edən, habelə Tripolidə BMT tərəfindən dəstəklənən hökumətlə ciddi rəqabət içərisində olan döyüş komandiri Xəlifə Haftara olan simpatiyasını gizlətmir.
Haftar keçən il iki dəfə Moskvaya səfər edib. Yanvar ayında isə onu Liviya sahillərində lövbər salan “Admiral Kuznetsov” təyyarədaşıyıcı gəmisində tura dəvət ediblər. Haftar həmin gəmidə Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə videodanışıq aparmağa da müvəffəq olub”, -jurnalistlər qeyd edir.
Ərəb baharından sonra Liviyada formalaşan vəziyyəti xaos olaraq dəyərləndirən və buna görə ABŞ-ı ittiham edən Rusiya rəsmiləri indi Haftarı az qala sabitliyin yeganə mənbəyi kimi təqdim etmək istəyirlər. 
ABŞ-ın yeni admisnitrasiyasının bölgədən çəkilməsindən sonra Rusiya burada qayda-qanun yaratmaq niyyətini gizlətmir.
Lakin Avropada Putinin “xeyirxah” motivlərinə inanan yoxdur. Onların fikrincə, Rusiya tam əksinə, Liviyada ayaq üstə güclə qalan hökuməti devirmək, oraya özünə uyğun adamı gətirərərək Aralıq dənizi rayonundan Avropaya axıb gedən miqrantların əsas dayaq nöqtəsi sayılan bu bölgəni öz nəzarəti altına almaq istəyir”- məqalədə qeyd edilir.
Məqalə müəlliflərini fikrincə, Avropa liderləri Liviyaya yaxın Maltada toplanaraq bu axının qarşısını almaq yollarını müzakirə edəcəklər.
Kremlin Liviyadakı rolu Avropa Birliyinə daxil olan ökələrin xarici işlər nazirlərinin bazar ertəsi günü baş tutacaq toplantısında da geniş şəkildə ələ alınacaq.

Geri qayıt