Əsas Səhifə > Dünya > Ermənistanın Müdafiə Nazirliyinə hücum edildi,

Ermənistanın Müdafiə Nazirliyinə hücum edildi,


23-02-2017, 12:16

Ermənistanın paytaxtı İrəvanda insident baş verib. 

Azvision.az xəbər verir ki, fevralın 23-də saat 00:20 radələrində sərxoş paytaxt sakini A.Epremyan idarə etdiyi “Opel Astra” markalı avtomobillə Ermənistanın Müdafiə Nazirliyinin 2 nömrəli kompleksinin giriş qapısını dağıdaraq nazirliyin ərazisinə daxil olub. 
Qanunsuz olaraq nazirlik ərazisinə daxil olan şəxs nəzarət-keçid məntəqəsində xidmət aparan əsgər tərəfindən atəşə tutulub. Ona 8 dəfə atəş açılıb. 
Ermənistan İstintaq Komitəsi faktla bağlı araşdırma aparır.

AzerTaym.az


Geri qayıt