Əsas Səhifə > Dünya > Putinin keçmiş arvadının

Putinin keçmiş arvadının


5-04-2017, 17:39

Rusiya prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lüdmila Putinanın yeni əri sayılan Artur Oçeretnıy Fransada villa sahibidir.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması Mərkəzi Oçeretnıyın Fransanın Atlantik okeanı sahilində 6-7 milyon avro dəyərində villaya sahib olduğunu müəyyən edib.

Mərkəzin məlumatına görə, villanın sahəsi 450 kvadrat metrdir və 4 yataq, musiqi, bilyard və qonaq otağından ibarətdir. Artur Oçeretnıyın “Ədəbiyyat tədrisi” nəşriyyatının və “Şəxsiyyətlərarası Kommunikasiya Mərkəzi”nin sahibi olduğu bildirilir.


Geri qayıt