Əsas Səhifə > Dünya, Slayd > 09.09.2014- Abdullah Gül sayt açdı (FOTO)

09.09.2014- Abdullah Gül sayt açdı (FOTO)


9-09-2014, 15:36
09.09.2014- Abdullah Gül sayt açdı (FOTO)Türkiyənin eks prezidenti Abdullah Gülün adına sayt açılıb.
ANS-in məlumatına görə, Türkiyənin 11-ci prezidenti Abdullah Gül və həyat yoldaşı Hayrünnisənin birlikdə çəkdirdiyi fotoşəkillərdən biri ilə açılan veb səhifədə eks prezident haqqında məlumatlar yerləşdirilib.

Abdullah Gülün prezident olduğu müddətdə etdiyi çıxışlar və müxtəlif növ fəaliyyətlərinin əks olunduğu saytda Hayrünnisə xanım üçün isə xüsusi bir bölmə hazırlanıb.

Gülün “Facebook”, “Twitter”, “Instagram”, “Izlesene.com”, “Youtube” ve “Vidivodo” hesab linklərinin də yer aldığı “www.abdullahgul.gen.tr” adresli yeni saytda keçmiş prezidentin xarici mətbuatda verdiyi müsahibələri də tapmaq mümkündür.


09.09.2014- Abdullah Gül sayt açdı (FOTO)
Geri qayıt