Əsas Səhifə > Dünya > Putin hərbi paradda
Putin hərbi paradda11-05-2017, 10:29 |
Politoloqlar hesab edir ki, Putin Qərbə qarşı güc nümayiş etdirsə də, əslində vəziyyət fərqlidir Rusiya prezidenti Vladimir Putinin faşizm üzərində qələbənin 72-ci ildönümü ilə bağlı “Qırmızı meydan”da çıxışı xeyli diqqət çəkib. Belə ki, Rusiya prezidenti ruslara müraciət edərək bildirib ki, xalqı fəth edəcək qüvvə olmayıb, yoxdur və olmayacaq: “Xalqımız doğma torpağını müdafiə edərkən ölümlə üz-üzə dayanaraq, qeyri-mümkün olanı bacarmışdı - İkinci Dünya müharibəsinin qanlı təkərini geri çevirmiş və düşməni gəldiyi yerə qədər qovaraq, nasizmi məhv etmiş və vəhşiliklərə son qoymuşdu”, deyən Putin Avropa və bütün dünyanın azadlığını, onların babalarının və ulu babalarının sayəsində qazandığını vurğuladı. Putin həmçinin qeyd etdi ki, Rusiya Silahlı Qüvvələri hər cür təhdidə layiqli cavab vermək gücünə sahibdir. Ekspert Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, əslində Putin bu çıxışı ilə həm Qərbə barmaq silkələdi, həm də Rusiyanın qüdrətini göstərdi: “Bildirmək istədi ki, Rusiyanın hərbi qüdrəti son illər güclənib və biz istənilən dövlətə meydan oxuya bilərik. Həqiqətən də belə baxanda ruslar 2008-ci ildə Gürcüstanı parçalayıb Abxaziya və Osetiyanı qopardılar, orada hərbi bazalarını yaratdılar. Daha sonra Ukraynaya müdaxilə edib, Krımı ilhaq etdilər, indi isə Donbas separatçılarına dəstək verirlər. Bundan çıxış edərək Rusiyanın gücünü bəyan edib, məğlubedilməzliyini nümayiş etdirdi. Rusiya nüvə dövlətidir və Putin də buna istinad edir. Bir məsələ də var ki, SSRİ-də nüvə dövləti olmaqla yanaşı, hərbi baxımdan da Rusiyadan güclü idi. Lakin SSRİ belə Qərblə mübarizədə qalib çıxmadı. 1979-cu ildə Əfqanıstana ordu yeritdi, burada da qələbə çala bilmədi. Eləcə də Rusiyanın Suriyaya daxil olması ilə bağlı da ajiotajlar vardı. Xəzər dənizindən belə raketlər atıb, güclərini göstərirdilər. Ancaq indiki vəziyyətdə yenə də terrorçular Suriyanın əksər hissəsinə nəzarət edirlər və Putin artıq geri çəkilib. Dörd təhlükəsizlik zonasının yaradılması, faktiki olaraq Suriyanın federallaşmasına gətirib çıxaracaq. Bu, onu göstərir ki, Rusiya bu gün heç də Putinin dediyi kimi güclü dövlət deyil. Əgər güclü dövlət olsaydı, sərhədində, Baltik ölkələrində NATO bazaları yaranmazdı. Bütün bunlar deməyə əsas verir ki, Rusiya nüvə dövləti olub, müəyyən separatçıları dəstəkləsə də Amerika ilə ayaqlaşa bilməz. Putin özü də çıxışlarında qeyd edir ki, Amerikanın dünya üzrə hərbi bazalarının sayı, Rusiyanın bazalarından onlarla dəfə çoxdur. Rusiyanın, sadəcə, Tacikistan, Ermənistan və Suriyada hərbi bazası var. Amerikanın hərbi bazaları isə dünyanı əhatə edir. Bir şeyə də diqqət edək ki, ”Qələbə günü"nün 50, 60, 70-ci ildönümlərində də xeyli sayda adam çağırsalar da çox az adam gəldi. Hətta iki strateji müttəfiqi olan Qazaxıstan və Belarus belə, Putinin siyasətindən çəkinir. Çünki Krımın ilhaqı bu iki dövlətin də cəmiyyətlərinin gözünü qorxudub. Rusiyaya etibar və inam yoxdur. Ona görə də reallıq bundan ibarətdir ki, dünyada Rusiyadan da güclü dövlətlər var".
Politoloq Mübariz Əhmədoğlu isə Putinin qələbəyə yalnız rusların hesabına nail olması fikrini bu cür şərh etdi: Geri qayıt |