Əsas Səhifə > Dünya > “Tfu bir daha sənə, Aleksey Navalnı”
“Tfu bir daha sənə, Aleksey Navalnı”24-05-2017, 16:47 |
Milyarder Əlişir Usmanov müxalifətçi Aleksey Navalnıya qarşı ikinci videomüraciətini edibRusiyalı biznesmen, özbək əsilli iş adamı Əlişir Usmanov Rusiyanın tanınmış müxaifətçisi Aleskey Navalnıya qarşı ikinci videomüraciət yayımlayıb. Birinci müraciətdən fərqli olaraq (12 dəqiqə-red.) ikincisi cəmi 3 dəqiqə çəkib. Burada Usmanov Navalnını məşhur rus yazıçısı Mixail Bulqakovun “İt ürəyi” romanındakı Şarikovla müqayisə edib. “Navalnının mənə verdiyi cavaba gəlincə, mən üzr gözləyirəm, debat yox. Sənə ancaq məhkəmədə debatlar vəd edə bilərəm. Orada sənə həqiqət və yalan arasında fərqi başa salarlar”,- videomüraciətdə deyilir. Usmanov birinci videomüraciəti ilə bağlı ictimaiyyətdən gələn təpkilərə görə hər kəsə, hətta onu söyənlərə də təşəkkür edib. Aleksey Navalnı isə Usmanovun ikinci videomüraciətinə əvvəlcə tvitterdə reaksiya verib: “İnanan bilmirəm, Usmanov ikinci dəfə danışıb. Elə bilirdim, zarafatdır”. Daha sonra Navalnı cavabını özünün rəsmi youtube kanalında Usmanova videomüraciətlə davam etdirib. Navalnı yenə də Usmanovu rüşvət verən, fırıldaqçı, dələduz adlandırmaqdan çəkinməyib. Xatırladaq ki, Usmanov ilk dəfə iki həftə bundan qabaq özünün Dilbər adlı yaxtasında Navalnıya qarşı videomüraciət yayımlamış və onun özünün varidatı, Medvedevə Moskvanın elitar Rublyokva bölgəsində villa bağışlaması, vergidən yayınması, vaxtilə zorlama üstündə həbs edilməsi kimi iddialarının yalan olduğunu deyib. AzerTaym.az
Geri qayıt |