Əsas Səhifə > Dünya > «Qara dənizin rəngi dəyişir»
«Qara dənizin rəngi dəyişir»19-06-2017, 08:46 |
«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, NASA alimləri bildirirlər ki, Qara dənizin rəngi dəyişir. «Aqua satellite» kosmik peykindən alınmış fotoşəkillərdən görünür ki, əvvəllər tutqun-göy rəngində olan dəniz fitoplanktonun kütləvi çoxalması nəticəsində indi firuzə rəngi alıb – dənizdə firuzə rəngli böyük ləkə diqqəti çəkir. «Fox News»-un məlumatına görə, ən parlaq rəng çaları Rumıniya, Bolqarıstan və Ukrayna sahillərində qeydə alınıb.
Geri qayıt |