Əsas Səhifə > Dünya, Slayd > Məkkədə anti-terror əməliyyatı

Məkkədə anti-terror əməliyyatı


24-06-2017, 08:11

Məkkədə anti-terror əməliyyatı

Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri Məkkə şəhərində terakt planlaşdırılan 5 terrorçunu saxlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi ölkənin Daxili İşlər Nazirliyi istinadən məlumat yayıb.

Nazirin sözlərinə görə, saxlanılanlar arasında bir qadın var. O bildirib ki, terrorçu-kamikadze məscidə hücum planlaşdırıb. Təhlükəsizlik xidmətinin əməkdaşları silahlıların olduğu binanı mühasirəyə alıb. Təslim olmaq əmrinə tabe olmayan terrorçulardan biri özünü partlatdıb. Nəticədə 5-i polis olmaqla 11 nəfər yaralanıb. Əməliyyat zamanı ümumilikdə 5 nəfər saxlanılıb.

AzerTaym.az

 

 


Geri qayıt