Əsas Səhifə > Dünya > "Mənə duz və sirkə verin, onları ciyərini diri-diri qarşınızda yeyim” -

"Mənə duz və sirkə verin, onları ciyərini diri-diri qarşınızda yeyim” -


7-07-2017, 12:19

Filippin Prezidenti Rodriqe Duterte növbəti dəfə qalmaqallı açıqlaması ilə gündəmə gəlib.

Radikal Əbu Səyyaf qruplaşmasının 2 girovu öldürməsindən hiddətlənən dövlət başçısı canlı yayımda çıxışı zamanı islamçıları diri-diri yeyəcəyi ilə hədələyib.
"Əgər istəsəniz silahlı islamçıların ciyərini yeyə bilərəm. Mənə duz və sirkə verin, onları qarşınızda yeyim”, – deyə Duterte bildirib.
Qeyd edək ki, 1991-ci ildən fəaliyyət göstərən sözügedən radikal qruplaşma girov götürmə kimi fəaliyyəti ilə tanınır.
Əbu Səyyaf Mindanao və Sulu adalarında müstəqil İslam dövləti yaratmaq üçün silahlı təxribatlar törədir/Axar.az.

 


Geri qayıt