Əsas Səhifə > Dünya > Meksikada güclü zəlzələ:
Meksikada güclü zəlzələ:20-09-2017, 10:15 |
Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 149-a çatıb. Bu haqda Meksikanın Qəza-Xilasetmə Xidmətinin rəisi Luis Felipe Puente Tviter hesabında qeyd edib. "Hazırda olan məlumata görə, Morelos ştatında 55, Mexikoda 49, Puebla ştatında 32, Mexiko ştatında 10, Qerrero ştatında 3 nəfər ölüb.", - deyə o bildirib. **** Meksikanın Morelos ştatında 7,1 bal gücündə baş verən zəlzələ nəticəsində azı 42 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ştatın qubernatoru Qrako Ramires bildirib. Yeraltı təkanlar yerli vaxtla 18.14-də (Bakı vaxtı ilə 22.14-də) qeydə alınıb. Zəlzələnin episentri Puebla de Saraqosa şəhərindən 49 km cənub-qərbdə və Tepeoxuma yaşayış məntəqəsindən 8 km aralıda, yerin səthindən 60 km dərinlikdə qeydə alınıb. **** Meksikanın Puebla de Saraqosa şəhəri yaxınlığında maqnitudası 7,1 olan zəlzələ baş verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar yerli vaxtla 18.14-də (Bakı vaxtı ilə 22.14-də) qeydə alınıb. Zəlzələnin episentri Puebla de Saraqosa şəhərindən 49 km cənub-qərbdə və Tepeoxuma yaşayış məntəqəsindən 8 km aralıda, yerin səthindən 60 km dərinlikdə qeydə alınıb.
Geri qayıt |