Əsas Səhifə > Dünya > Moskvada ticarət mərkəzində yanğın baş verib

Moskvada ticarət mərkəzində yanğın baş verib


9-10-2017, 08:56

dlnbl7nwsaez0j6

Moskva yaxınlığında ticarət mərkəzində baş verən yanğın nəticəsində 2 nəfər xəsarət alıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, onlardan biri xəstəxanaya çatdırılıb, digərinə hadisə yerinə cəlb olunan təcili tibbi yardım tərəfindən ambulator yardım göstərilib.

Moskva dairəvi avtomobil yolunun 65-ci kilometrliyində yerləşən “Sindika” ticarət mərkəzində yanğın 55 min kvadrat metr ərazini əhatə edib. Hazırda yanğının lokallaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Ümumi sahəsi 150 min kvadrat metr təşkil edən “Sindika” ticarət mərkəzi yenidənqurma işlərindən sonra 2014-cü ildə istifadəyə verilib. Mərkəzdə inşaat və tikinti malları satılır.


Geri qayıt