Əsas Səhifə > Dünya > “Nəvələrimə deyirlər ki, BABANIZ QATİLDİR”
“Nəvələrimə deyirlər ki, BABANIZ QATİLDİR”20-11-2017, 10:18 |
Moskvadakı Çerkizov bazarının sabiq sahibi Telman İsmayılov ona qarşı irəli sürülən bütün ittihamları rədd edib. “AzerTaym” APA-ya istinadən xəbər verir ki, bu barədə T.İsmayılov “Rusiya 24” telekanalına müsahibəsində bildirib. “Bu gün mənim nəvələrimə deyirlər ki, sizin babanız qatildir. Bu kimin xoşuna gələr? Heç bir cinayətdə əlim olmayıb, bunu sübut edə bilərəm. Bir daha qətiyyətlə bildirirəm ki, mən heç bir cinayət törətməmişəm”, deyə T.İsmayılov vurğulayıb. Geri qayıt |